Türkiyə kəşfiyyatı PKK/YPG-nin Suriyadakı sursat anbarlarına və hücum bölmələrinə zərbələr endirdi - VİDEO

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi əməliyyat zamanı PKK/YPG-yə aid silah və sursat anbarları, hücum və təxribat bölmələrinin olduğu binalara zərbələr endirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK/YPG-nin Daxili İşlər Nazirliyinə hücumunun bu ölkədə planlaşdırıldığı və bu əməliyyatda iştirak edən terrorçuların Suriyadan Türkiyəyə gətirildiyi məlum olduqdan sonra terror təşkilatının Suriyadakı obyektlərinə və idarə heyətinə qarşı MİT tərəfindən əməliyyat həyata keçirilib.
Aparılan kəşfiyyat araşdırmaları nəticəsində terror təşkilatına aid silah-sursat anbarları PUA-lar vasitəsilə vurulub.
Bundan başqa Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi sosial media hesabında Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə məxsus hədəflərin vurulduğu görüntüləri paylaşıb.
“Suriyanın şimalındakı Tel Rıfat, Cizirə və Derik bölgələrində PKK/YPG terrorçularının hədəfləri qəhrəman pilotlarımız tərəfindən belə məhv edildi”, - deyə paylaşımda qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
