Trampla Putinin danışıqlarına hazırlıq görülür
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırlaşır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz "ABC News"a müsahibəsində bildirib.
"Qarşıdakı günlərdə və həftələrdə Tramp və Putinin zəngini gözləyirəm", - o deyib.
Daha əvvəl Almaniya kansleri Olaf Şolts Trampın Putinlə görüş planlarını alqışladığını söyləyib.
Eyni zamanda, "Le Temps" qəzeti İsveçrə Xarici İşlər Nazirliyinin Məlumat Xidmətinin rəhbəri Nikola Bidoya istinadən İsveçrənin Putin və Trampın görüşünü təşkil etməyə hazır olduğunu söyləyib. Xatırladaq ki, Tramp yanvarın 9-da qubernatorlarla görüşdən əvvəl Mar-a-Laqo (Florida ştatı) şəhərindəki iqamətgahında Rusiya Prezidenti ilə görüşün hazırlandığını bildirib. O, əlavə edib ki, yanvarın 20-də andiçmə mərasimindən sonra bütün görüşləri keçirməyi planlaşdırır.
Oxşar xəbərlər
Hafiz Paşayev "CAMCA Forum 2026" mükafatı ilə təltif edilib
ADA Universitetinin rektoru Hafiz Paşayev CAMCA-nın ümumi gələcəyinə verdiyi əhəmiyyətli töhfəyə görə "CAMCA Forum 2026" mükafatına layiq görülüb. BAKU.WS repor...