Tramp Əli Xamneyi və işçilərinə qarşı sanksiya tətbiq etdi

Tramp Əli Xamneyi və işçilərinə qarşı sanksiya tətbiq etdi
Siyasət 890
Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.BAKU.WS xəbər verir ki, fərmana əsasən, bu sanksiyalar İranın “dini lideri” Əli Xamneyi və onun başçılıq etdiyi qurumun işçilərinə də şamil olunacaq.Tramp fərmanla bağlı qeyd edib ki, İranın rəhbərləri rejimin düşmənçilik rəftarlarına görə əsas məsuliyyət daşıyan şəxslər olaraq yeni sanksiyalardan kənarda qalmayacaqlar və ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.Qərara əsasən, yeni sanksiyalar Xamneyinin özü, onun işçiləri və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq.Digər tərəfdən, Amerikanın Maliyyə Naziri Steven Mnuçin yeni sanksiyaların İranın milyardlarla dollar civarında aktivlərini donduracağını bəyan edib.O, həmçinin İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifə qarşı da cari həftədə sanksiyaların qəbul ediləcəyini bildirib.Maliyyə Nazirinin açıqlamasında qeyd edilir ki, yeni sanksiyalara “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib. Onların sırasında “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri, Hava-Kosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə də var.Mnuçinin sözlərinə görə, ölkəsi yeni sanksiyalarla bağlı heç bir müttəfiqi ilə məsləhətləşmələr aparmayıb və bu sanksiyalar paketi PUA-nın vurulmasından öncə, İranın digər təxribatçı hücumlarına görə hazırlanıb.

Oxşar xəbərlər

Son xəbərlər