ABŞ SEPAH-ı xarici terrorçu təşkilat kimi tanıyıb
08
apr
2019
21:34
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.BAKU.WS-in məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. “ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə buna qarşılıq olaraq prezident Həsən Ruhaniyə məktub yazaraq ABŞ hərbi qüvvələrinin adının Qərbi Asiya bölgəsində terrorçular siyahısına əlavə edilməsini istəyib.Zərif ABŞ-ın bölgədə terror hərəkətlərini və insan hüquqlarını pozmasına qarşı addımlar haqqında" Qanunu rəhbər tutaraq bu ölkə ordusunun adını Qərbi Asiya bölgəsində terrorçular siyahısına salınmasını məqbul hesab edib.BAKU.WS
Oxşar xəbərlər
İran Prezidenti Cavad Zərifin istefasını qəbul etməyib
İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefa ərizəsini qəbul etməyib.Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Q...