İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
02
apr
2018
20:25
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana gələcək.İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazir aprelin 4-də Ankarada keçiriləcək Suriya zirvəsindən sonra Bakıya səfər edəcək.O, aprelin 5-6-da Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçiriləcək “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında iştirak edəcək.Konfransdan sonra M.C.Zərif Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə Naxçıvana yollanacaq.BAKU.WS
Oxşar xəbərlər
Mövlud Çavuşoğlu yenidən Azərbaycana gəlir
Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu gələn ay Azərbaycana gələcək.Diplomatik mənbələrdən APA-ya məlum olub ki, o, aprelin 5-6-da Bakıda keçiriləcək Q...