Tramp dələduzluqda təqsirli bilinib

ABŞ-da hakim Artur Enqoron keçmiş prezident Donald Trampı dələduzluqda təqsirli bilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters"in məlumatında bildirilir.
Məhkəmə keçmiş prezidentin sərvətini maliyyə hesabatlarında ildə milyardlarla dollar şişirtməyə görə məsuliyyət daşıdığına dair qərar verib.
Nyu-York ştatının baş prokuroru Letisia Ceyms bildirib ki, son 10 ildə Donald Tramp hər il sərvətini 1,9 milyard dollardan 3,6 milyard dollara qədər şişirdib.
Prokuror Trampın 250 milyon dollar cərimə edilməsini, həmçinin ona və oğullarına ailə biznesi olan "Trump Organization"u idarə etməsinə qadağa qoyulmasını istəyir.
D.Trampın məhkəmə prosesi oktyabrda başlayacaq.
Oxşar xəbərlər
Tramp ifadə vermək üçün Nyu-York Baş Prokurorluğuna gəlib
ABŞ-ın keçmiş prezidenti Donald Tramp sahibi olduğu “Trump Organization” şirkətində iddia olunan maliyyə fırıldaqçılığı işi üzrə ifadə vermək üçün Nyu-York ştat...
