Tramp çox narahatdır
ABŞ-ın keçmiş prezidenti Donald Tramp demokratların ABŞ Senatına nəzarəti təmin etmək üçün əsas sayılan Arizona və Nevada ştatlarında aralıq seçkilərinin səslərinin hesablanmasına müdaxilə edə biləcəyindən narahatdır.
BAKU.WS xəbər verir ki, bu barədə keçmiş prezident özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında bildirib.
"Nevada ştatının Klark dairəsində korrupsiyalı səsvermə sistemi var, diqqətli olun. Tezliklə üçüncü dünya ölkəsinə çevriləcək ölkəmizdə bir çox yerlərdə olduğu kimi. Arizona deyir ki, onlar "həftənin sonuna" kimi səsləri sayacaqlar - yalan üçün daha çox vaxt istəyirlər", - deyə D.Tramp bildirib.
D.Tramp əlavə edib ki, Respublikaçıların nümayəndəsi Keri Leyk Arizona ştatının qubernatoru vəzifəsinə seçkilərdə mütləq qalib gəlməlidir.
Oxşar xəbərlər
Trampın birinci həyat yoldaşı vəfat etdi
ABŞ-ın keçmiş Prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib. BAKU.WS BBC-yə istindla xəbər verir ki, o, Nyu-Yorkdakı evində...