Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib
ABŞ-ın hazırkı Prezidenti Donald Tramp səslərin sayılmasının dayandırılmasını tələb edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə D. Tramp “Twitter”də bildirib.
“Səs sayımını dayandırın. Seçki günündən sonra verilən heç bir səs sayılmayacaq!”, - deyə D. Tramp qeyd edib.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ştatların bəzilərində hələ də səs sayımı prosesi davam edir. İlkin nəticələrə görə, Demokratların namizədi Co Bayden öndədir. Respublikaçıların namizədi D. Tramp seçki saxtakarlığının olduğunu və ABŞ Ali Məhkəməsinə müraciət edəcəklərini bildirib.
Oxşar xəbərlər
Bayden qələbə qazanacağına əmindir
ABŞ-da prezidentliyə namizəd Co Bayden qarşıdan gələn seçkilərdə qələbə qazanacağına əmin olduğunu açıqlayıb. BAKU.WS oxu.az-a istinadəən xəbər verir ki, bu bar...