Təyyarə qəzasında sağ qalan ekipaj üzvləri 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib
Təyyarə qəzasında sağ qalan ekipaj üzvləri 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
1-ci dərəcəli "Rəşadət" ordeni ilə:
Əsədov Zülfiqar Sərdar oğlu
Rəhimli Aydan Vaqif qızı.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
ABŞ səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ölkə bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırıl...