"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə dəyişiklik olunub
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə dəyişiklik olunub.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, Nizamnaməyə aşağıdakı dəyişikliklər edilib:
- idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etmək;
- tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq;
- müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq.
Oxşar xəbərlər
Xronika: "Bayden administrasiyası "topal ördək" rolunda ermənilərə sonuncu yaxşılığını etdi"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. "Tramp qayıtdı: Ermənistan üçün "əcəl zəngi" çalınır" adlı süjetdə Donald Tr...