Sudanın Suveren Keçid Şurasının Sədri İlham Əliyevi təbrik edib
Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, təbrikdə deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Sudan xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, dost xalqınıza davamlı tərəqqi, firavanlıq və rifah arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.
Bu əlamətdar hadisə Sudan Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən qardaşlıq əlaqələrinin dərinliyini və möhkəmliyini bir daha təsdiq etmək imkanı verir.
Fürsətdən istifadə edərək, ikitərəfli əməkdaşlığımızı xalqlarımızın qarşılıqlı maraqlarına xidmət edən vasitələrlə daha da genişləndirməyə və möhkəmləndirməyə sadiqliyimi ifadə edirəm.
Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".
Oxşar xəbərlər
Azərbaycan və Sudan arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilir
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı şəkildə azad edəcəklər. BAKU.WS xəbər verir ki, sözügedən məsələ parlamentin Beynəlxalq mü...