Son onilliyin ən populyar tətbiqləri açıqlandı - SİYAHI

Son onilliyin ən populyar tətbiqləri açıqlandı - SİYAHI
Siyasət 416

"App Annie" analitik şirkəti son onilliyin ən populyar proqram və oyunlarının adını açıqlayıb.

BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, "Facebook", "Facebook Messenger" və "WhatsApp" proqramları ən çox yüklənən proqramların siyahısında liderdirlər.

İlk beşliyi "Instagram" və "Snapchat" tamamlayıb.

Son onilliyin ən populyar oyunu Danimarkanın "Kiloo" şirkəti tərəfindən hazırlanmış "Subway Surfers" olub. "Candy Crush Saga" oyunu ikinci pillədə qərarlaşıb. "Temple Run 2" oyunu isə üçüncü olub.

Analitiklər, həmçinin ən gəlirli proqramların reytinqini tərtib ediblər. "Netflix" striminq xidməti birinci, "Tinder" tanışlıq proqramı ikinci, "Pandora Music" üçüncü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Son 10 ilin ən yaxşı qurğuları açıqlandı – SİYAHI

Son 10 ilin ən yaxşı qurğuları açıqlandı – SİYAHI

“Time” jurnalı son onilliyin ən əlamətdar qurğularının siyahısını tərtib edib. Reytinq nəşrin saytında dərc olunub. BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki,...

561 Siyasət 16:21 16 dekabr 2019

Son xəbərlər