Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib
02
iyl
2025
12:10
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.
Eyni zamanda E.Tatarın səfər çərçivəsində onun bir sıra tədbirlərə qatılacağı gözlənilir.
Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Azərbaycan və Almaniya dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığı gücləndirir
Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində fəaliyyət göstərən mütəxəssisləri, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri Almaniyaya işgüzar səfərə dəv...