İŞİD lideri öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Terrorçu "İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşması öz lideri Əbu Hüseyn əl-Kureyşinin öldürüldüyünü təsdiq edib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb.
Məlumata görə, o, Suriyanın şimal-qərbində "Əl-Qaidə" ilə əlaqəli qruplaşma ilə silahlı toqquşma zamanı öldürülüb.
Əbu Həfsən əl-Haşimi əl-Kureyşi qrupun yeni lideri elan edilib.
Əbu Hüseyn 2013-cü ildə İŞİD-ə qoşulub və qruplaşmaya əvvəlki lider Əbu Həsənin ölümündən sonra rəhbərlik edib. O, qruplaşmanın yaradılmasından bu yana İŞİD-ə rəhbərlik edən 4-cü şəxs olub.
Oxşar xəbərlər
İŞİD terrorçuları liderlərinin öldüyünü açıqlayıblar
İŞİD terror təşkilatı, lideri Əbu Hüseyn əl-Hüseyni əl-Kureşinin ölümü ilə bağlı xəbərləri təsdiqləyib. “Report” xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat...