İŞİD-in yeni rəhbərinin adı açıqlanıb

İŞİD-in yeni rəhbərinin adı açıqlanıb
Siyasət 497

İŞİD terror qruplaşmasının yeni rəhbəri Əmir Məhəmməd Səid Əbdül Rəhman əl-Maulə olub.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən Böyük Britaniyanın "The Guardian" qəzeti bildirib.

Nəşr Əmir Əbdül Rəhmanı ötən ilin oktyabr ayında ABŞ-ın İdlibdə həyata keçirdiyi xüsusi əməliyyat zamanı məhv edilən İŞİD-in əvvəlki rəhbəri Əbu Bəkr əl-Bağdadiyə yaxın olduğunu bildirilir. Dövlət Departamenti onun İraq əsilli və Əbu Bəkr əl-Bağdadinin müavinlərindən biri olduğunu qeyd edir. Onu və ya əl-Bağdadinin digər yaxın adamlarını ələ keçirməyə imkan verəcək məlumat üçün ABŞ hakimiyyəti 5 milyon dollar mükafat vəd edib.

Bildirilir ki, terror qruplaşmasının keçmiş və hazırkı rəhbərləri 2004-cü ildə ABŞ-ın İraqda yerləşən Kemp-Bukka düşərgəsində məhbus olarkən tanış olublar. Amir Əbdül Rəhman qruplaşmanın yaradıcılarından biri olub, onun ideologiyasının yaradılmasında və bir sıra əməliyyatların planlaşdırılmasında iştirak edib.

İŞİD əl-Bağdadinin ölümünü təsdiq etdikdən sonra terrorçuların nümayəndələri Əbu İbrahim əl-Haşimi əl-Kureyşinin qruplaşmanın rəhbəri olduğunu bildiriblər. "The Guardian"ın məlumatına əsasən, bu, yalnız təxəllüsdür. Nəşr qeyd edir ki, Əmir Əbdül Rəhman İŞİD-in əvvəlki rəhbəri öldürüldükdən bir neçə saat sonra qruplaşmanın yeni rəhbəri təyin edilib.

Son xəbərlər