İrandakı terrora görə məsuliyyəti İŞİD üzərinə götürdü

İrandakı terrora görə məsuliyyəti İŞİD üzərinə götürdü
Siyasət 547

Ötən gün İranda ziyarətgahda baş verən terror aktına görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması üzərinə götürüb.

BAKU.WS xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları ölkənin cənubundakı Şahçerağ ziyarətgahında dindarlara atəş açıb.

Agentliyin məlumatına görə, hücumu ölkədəki son iğtişaşlardan istifadə edən terrorçular həyata keçirib.

Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Son xəbərlər