Sərdar Berdiməhəmmədov: Xəzər Ekoloji Təşəbbüsü məsələsində Azərbaycanın dəstəyinə ümid bəsləyirik

Sərdar Berdiməhəmmədov: Xəzər Ekoloji Təşəbbüsü məsələsində Azərbaycanın dəstəyinə ümid bəsləyirik
Siyasət 7

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini vurğulayıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı danışıb.

Türkmənistan Prezidenti Xəzər dənizi ilə bağlı əməkdaşlığa toxunaraq təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bu xüsusda Türkmənistanın Xəzər dənizi məsələlərinə dair yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini, həmçinin Xəzər Ekoloji Təşəbbüsünün irəlilədilməsi istiqamətində Azərbaycanın dəstəyinə ümid bəslədiyini bildirib.

Son xəbərlər