Rusiyadan olan müşahidəçi: Seçkilər şəffaf keçirilir

Rusiyadan olan müşahidəçi: Seçkilər şəffaf keçirilir
Foto
Siyasət 19

Azərbaycanda növbədənkənar parlament seçkiləri dəqiq, şəffaf və demokratik keçirilir.

BAKU.WS xəbər verir ki, bu fikirləri APA-nın cənub bürosuna Rusiya Federasiyasının Tümen vilayətindən olan müşahidəçi İqor Xalin deyib. Beynəlxalq müşahidəçi seçki prosesində onlar üçün maraq doğuran məqamlardan birinin də seçicinin seçki bülletenini alarkən ultrabənövşəyi lampadan istifadə edilməsi olduğunu deyib.

O, bildirib ki, Tümen vilayətində seçki komissiyasında çalışır və buraya gələn həmkarları ilə birgə öz işlərinin peşəkarlarıdırlar: "Biz cümə günündən Azərbaycandayıq. Lənkəranı gəzdik, şəhər çox xoşumuza gəldi. Burada seçki məntəqələrində çox dəqiq işləyirlər. Gün ərzində 10 məntəqəyə baxış keçirtdik. İnsanlar seçkilərə könüllü, xoş əhval-ruhiyyə ilə gedirlər. Seçki prosesində neqativ hallarla qarşılaşmadıq".

Son xəbərlər