Rusiyadan Gürcüstana çaxır zərbəsi

26
iyn
2019
11:50
Gürcüstanda istehsal edilən spirtli içkilərin Rusiya bazarına girişinə qadağa qoyula bilər. BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yüksək səviyyəli dövlət rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, artıq ekspertlər Rusiya bazarında Gürcüstan şərabları ilə bağlı araşdırmalara başlayıblar.Hazırda gürcü şərablarının Rusiya bazarında 17 faizlik yerə sahib olduğu bildirilir. Bundan öncə isə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Rusiya Federal Xidməti (“Rospotrebnadzor”) idxal edilən gürcü şərablarının keyfiyyət və təhlükəsizlik nəzarətini bir qədər də gücləndirildiyini açıqlayıb.
Oxşar xəbərlər
Rusiya Gürcüstana ultimatum verdi
Rusiya Gürcüstana ultimatum verib.BAKU.WS xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirib.Onun sözlərinə görə, bu xəbərd...