Noyabr ayında 42 Azərbaycan vətəndaşına Gürcüstana giriş qadağan olunub
17
dek
2018
20:15
Bu ilin noyabr ayında 1151 xarici vətəndaşa Gürcüstana giriş qadağan olunub. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin statistik hesabatında bildirilib.Ötən ay ən çox İran vətəndaşlarının (434 nəfər) Gürcüstana girişi qadağan edilib. Daha sonra Hindistan (370 nəfər) və Türkiyə (46 nəfər) vətəndaşları gəlir.Noyabr ayında Gürcüstana girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı 42 nəfər təşkil edib.Hesabat ayında 44 Rusiya, 43 Özbəkistan, 33 Türkmənistan, 30 Pakistan vətəndaşı Gürcüstana buraxılmayıb. Qonşu ölkəyə girişə qadağa qoyulan Ermənistan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edib. (Report)BAKU.WS
Oxşar xəbərlər
Bu il Azərbaycana yarım milyon ərəb gəlib
2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və və...