DTX-dan xüsusi əməliyyat: Azərbaycana gələn 26 xarici vətəndaş tutuldu
16
fev
2018
15:46
Fevralın 12 və 14-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 nəfər əcnəbi saxlanılıb.BAKU.WS-in məlumatına görə, bu barədə DMX və DTX-nın yaydığı birgə məlumatda bildirilib.Araşdırma zamanı 17 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, 7 nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.Eyni zamanda Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib. Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əmək haqqı olan iş yeri vəd etməklə, Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər. N.D.Patel aldadılaraq ölkə ərazisnə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Respublikasını tərk edib.Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 89 Hindistan vətəndaşı saxlanılıb
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan vətəndaşı saxlanılıb.Dövlət Miqrasiya Xidmətindən BAKU.WS-ə verilən məlum...