Azərbaycanda 89 Hindistan vətəndaşı saxlanılıb
02
fev
2018
20:43
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan vətəndaşı saxlanılıb.Dövlət Miqrasiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 89 nəfər Hindistan Respublikasının vətəndaşları saxlanılıb.Araşdırma zamanı həmin əcnəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkədə viza müddətinin bitdiyi, 19 nəfərin Azərbaycana gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları və 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı aşkar edilib.Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azərbaycana gətirilməsini Hindistan vətəndaşı, 22.01.1965-ci il təvəllüdlü, Mohammad Sakirin öz həmvətənləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mukimkhan və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil etdiyi məlum olub.Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycana 14.01.2018-ci il tarixdə işgüzar səfər məqsədi ilə gəldiyi və 20.01.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə (qəbul edən tərəf: Qədirov Rüşdü Qurbanəli oğlu) qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar - 26.11.1994-cü il təvəllüdlü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 25.11.2017-ci il tarixdə daxil olduğu, Azərbaycan Texniki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq 27.12.2017-ci il tarixdən 30.10.2018-ci il tarixədək etibarlı olan müvəqqəti yaşama icazəsi vəsiqəsi aldığı, 05.03.1985-ci il təvəllüdlü Sajid Frazın Azərbaycan vətəndaşı ilə nikah əsasında 30.04.2018-ci il tarixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mohamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Munna” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə ərazisini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 22 qanunsuz miqrant saxlanıldı
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10 nəfər Türkiyə Respublikası, yeddi nəfər Pa...