Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir
01
sen
2017
13:31
Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək. “Report” xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb.Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq. Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub. Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir - bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1 378 665 000 nəfər (18,5%), Hindistanda isə 1 324 171 000 nəfər (17,8%) yaşayır.Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323 127 000 nəfərdir.Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 mln. nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı cari ilin əvvəlindən 40096 nəfər və ya 0,4 faiz artaraq 2017-ci il iyul ayının 1-i vəziyyətinə 9.850.077 nəfərə çatıb. Dövlət Statis...