Fuad Abbasova görə Bakıda səfirlik qarşısında aksiya keçirilib
23
may
2019
14:49
Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiyada saxlanmasına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, F. Abbasovun ailə üzvləri və sadə vətəndaşların iştirakı ilə keçirilən aksiyada jurnalistin saxlanmasına etiraz bildirilib, onun azadlığa buraxılması tələb olunub."Fuad Abbasova azadlıq" və digər şüarlar səsləndirilən aksiyada baş verənlərin Azərbaycan və Rusiya arasında münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb.Rusiya səfirliyinin əməkdaşı aksiyanın qətnaməsini qəbul edərək, aidiyyəti ünvana çatdırılacağını bildirib.Qeyd edək ki, mayın 16-da Rusiyada jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun qollarına qandal vurularaq öncə polis bölməsinə, sonra isə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə aparılıb. Mayın 17-də Moskva Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərarını qüvvədə saxlayıb.Mayın 20-də vəkil Elman Paşayev onunla görüşüb. Vəkil Fuad Abbasovun Rusiyadan deportasiya olunması ilə bağlı qərarın mayın 26-da qüvvəyə minəcəyini, mayın 28-də isə onun Azərbaycana deportasiya edilə biləcəyini söyləyib.
Oxşar xəbərlər
Polad Bülbüloğlu Fuad Abbasovla bağlı tapşırıq verdi
Azərbaycanlı jurnalist Fuad Abbasovun Moskvada təhqirəmiz formada saxlanılması ilə Rusiya və Azərbaycan gündəmini zəbt edib.BAKU.WS xəbər verir ki, bağlı Xarici...