Fuad Abbasovun saxlanılması xəbəri yayıldı: Özü danışdı
13
apr
2019
23:32
Bu gün Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasov haqda bu ölkənin Miqrasiya Xidməti tərəfindən deportasiya qərarı çıxardığı haqda xəbər yayılıb. BAKU.WS-in məlumatına görə, Moskva məhkəməsinin bu haqda qərarı hələ 12 apreldə çıxardığı deyilir. Yayılan məlumatlarda Fuad Abbasovun artıq saxlanıldığı və deportasiyanın sabah həyata keçiriləcəyi bildirilirdi. Ancaq Fuad Abbasov özü bu məlumatın yanlış olduğunu deyib. "Əgər belə bir qərar varsa bu haqda mənim xəbərim yoxdur? İlk olaraq bunu mən bilməliyəm. Bu dezinformasiyanı separatçılar mənim Rusiyadakı fəaliyyətimə problem yaratmaq üçün uydurublar", deyə Fuad Abbasov deyib. BAKU.WS
Oxşar xəbərlər
Fuad Abbasov "Vətən Övladı" qızıl ordeni ilə təltif edildi - FOTO
Ermənilərin saxtakarlıqlarını ifşa edən və çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərən Rusiyada ya...