Azərbaycanlı jurnalist erməniləri tənqidinə görə işdən çıxarıldı
Təmas xəttində baş verən hadisələrlə bağlı Moskva televiziyalarında Azərbaycanın haqlı mövqeyini müdafiə edən jurnalist Fuad Abbasov işdən azad edilib.
BAKU.WS məlumat verir ki, bu haqda jurnalist özü sosial şəbəkədə yazıb. O bildirib ki, işdən çıxarılma səbəbi kimi Moskvada işlərin yaxşı getməməsi göstərilib:
F. Abbasov 1997- ci ildən bəri Türkiyənin İhlas Xəbər Agentliyində çalışır. Son 6 ildə isə agentliyin Moskva təmsilçisi kimi fəaliyyət göstərir. Bu gün isə qurumun rəhbərliyi onun Moskvadakı işinə son verib. Jurnalistə göndərilən məktubda buna səbəb kimi Moskvada işlərin yaxşı getməməsi göstərilir.
"1997-ci ildən bu yana işlədiyim Türkiyənin "İhlas Haber Ajansı”nın rəhbərliyi Moskvadakə işimə son verməyi qərara aldı. Mənə göndərilən rəsmi məktubda "İşleərin orada istədiyimiz kimi getməməsi səbəbi ilə” səbəb göstərilmesinə baxmayaraq, hansı işlərdən nə istədiklərini başa düşmədim. Son 6 ildə Rusiyanın müxtəlif qəzet, internet media , radio və televiziyalarında 50-dən çox çıxışım olub. Heç bir qarşılıq gözləmədən SU-24 böhranından sonra Türkiyənin mövqelərini Rusiyada müdafiə etmişəm. Buradakı türk məsləkdaşlarımdan isə ən çox eşitdiyim ifadə bu olub. "Rusiya-Türkiyə münasibətlərini boş ver, işdən çıxarılarsan, kimsə sənə sahib çıxmaz” olub.
Öyrəndiyimə görə işimə Moskvadan gələn tələblə son verilib. Təbiidir ki, buna sevinənlər də oldu. Çünki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətini tənqid edən, rus siyasətçilərinin Türkiyəyə qarşı düşüncələrinin yanlış olduğunu çatdıran başqa heç kim yox idi. Sevinənlər arasında mən də varam. Çünki son günlər gözünə yuxu getməyən anam gecələr artıq rahat yata biləcək”- deyə jurnalist bildirib.
Qeyd edək ki, Fuad Abbasov son olaraq Rusiyanın "TVC" telekanalında yayımlanan "Pravo qolosa" siyasi tok-şousunda çıxış edib. Həmin verilişdə digər azərbaycanlı ekspertlər kimi F.Abbasov da ermənipərəst rusiyalı politoloqların və erməni ekspertlərin Qarabağla bağlı yalanlarına layiqli şəkildə cavab verib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanı və Türkiyəni müdafiə edən jurnalist od püskürdü
Son hərbi eskalasiya ilə əlaqədar Rusiya telekanallarında (əsasən ORT) Azərbaycanın və qardaş Türkiyənin haqlı mövqeyini təkbaşına, həm də mətanətlə müdafiə edə...