MTN generalı ilə bağlı şok açıqlama (VİDEO)
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən azad olunmasından sonra nazirlik ətrafındakı qalmaqallar da səngimir. Nazirin işdən azad edilməsi qurumdakı bir çox əməkdaşaların da həbsinə səbəb oldu. Milli Təhlükəsizlik Nazirliyində yüksək post tutmuş, yüksək nüfuzu olmuş və adı bir çox qalmaqallarda hallanan Akif Çovdarov isə vəzifəsindən uzaqlaşdırılıb. Mətbuatda isə Akif Çovdarovla bağlı bir çox maraqlı faktlar üzə çıxıb. BAKU.WS-in ANS TV-yə istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyinin daha bir rəsmisi vəzifəsindən azad edildi. Bu, bir müddət öncə oğlu işdən çıxarılan və Eldar Mahmudovun "kassiri” adlandırılan Akif Çovdarovdur. Hazırda ciddi nəzarət altında saxlanılan və həbsi istisna edilməyən general-mayor Akif Çovdarov Milli Təhlükəsizlik Nazirliyində Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. Milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edildikdən və bu nazirilk ətrafında baş verənlərdə əvvəlcə general Akif Çovdarovun da adı hallanırdı. Vəzifə səlahiyyətlərini aşma, vəzifədən sui-istifadə, sahibkarlardan qanunsuz tələbetmələr, həmçinin dinləmələrdə Çovdarov Eldar Mahmudovun sağ əli olaraq iştirak edib. "Bu insanlar uzun müddət saxta ittihamlarla məni həbsdə saxladı. Amma buna baxmayaraq həbsxanada belə, məhz Akif Çovdarov haqqında 2009-cu ildə Daxili İşlər Nazirliyində ifadə verdim, hər gün yazırdım. Eləcə də Avropa Məhkəməsinə onunla bağlı hesabat göndərdim”, – deyə araşdırmaçı jurnalist Eynulla Fətullayev bildirib. Araşdırmaçı jurnalist deyir ki, ölkənin milli təhlküsizliyinə cavabdehlik daşıyan qurumun əsas işi və bu məsələdə xüsusi cənfəşanlıq nümayiş etdirən Çovdarov aylıq gəliri 5 mindən çox olan ölkə əhalisinin siyahısını tutaraq onların telefonlarını dinləmək olubmuş. Bütün bunlarla yanaşı Akif Çovdarovun özünə məxsus gizli həbsxanaları da var imiş. "Onlar qanunvericiliyin tələblərinə məhəl qoymadan, vəkilin qərarı olmadan sahibkarların başına torba keçirib, evlərin zirzəmilərində saxlayırdılar. Və sahibkarlardan külli miqdarda - birindən 400, digərindən 500 min vəsait alana qədər orada saxlayırdılar”, - deyə araşdırmaçı jurnalist Eynulla Fətullayev qeyd edib. Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra Milli Təhlükəsizlik Nazirliyinin 15-dən çox vəzifəli şəxsi həbs olunub. BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun atasının adına olan məktəb söküldü
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovun Naxçıvanda adını daşıyan məktəbin önündəki büstünün götürüldüyü barədə...