Azərbaycanı və Türkiyəni müdafiə edən jurnalist od püskürdü

Azərbaycanı və Türkiyəni müdafiə edən jurnalist od püskürdü
Siyasət 4516

 

Son hərbi eskalasiya ilə əlaqədar Rusiya telekanallarında (əsasən ORT) Azərbaycanın və qardaş Türkiyənin haqlı mövqeyini təkbaşına, həm də mətanətlə müdafiə edən azərbaycanlı jurnalist Fuad Abbasov həmvətənləri tərəfində məruz qaldığı tənqidlərə sərt cavab verib. 

Musavat.com Fuad Abbasovun sosial şəbəkədəki səhifəsində yazdığı qeydləri təqdim edir:

"Əziz həmvətənlərim Elnur Elnurov, Anar Osmanov, Namaz Əliyev və başqaları. Mənim haqqımda, «Kremilin adamıdır”, "satılmış jurnalistdir”, "telekanallardan böyük pullar alır”, "telekanallara böyük pullar verir”, "türk agentidir”, "rus agentidir”, "Rus televizyalarının işcisidir” ve sairə yazılı şəxsi mesajlar göndərməyə son verin.

Bəlkə də mənim çıxışlarımdan sonra kiminse planları pozulub, amma həm sizin, həm də bunu oxuyan hər kəsin diqqətinə çatdırıram ki, Abbasov Fuad heç bir kəşfiyyata işləmir, çıxışları üçün heç kimdən bir qəpik pul almayıb, həm də heç kimə çıxış eləmək üçün pul verməyib və rus televiziyasının işçisi deyil. 

 

Mənim iş yerim Moskvanın ofislərinin birində kitap rəfinin arxasında yerləşən 2x1 metr ölçüsündə bir "otaqdir”. Əgər kimsə görmək istəyirsə, lütfən buyurun qonaq gəlin. Əgər mənə yazdığınız səfehliyin bir sübutu varsa, onu hər kəs üçün yayınlayın. Hər şeyi açıq səhifəyə yazın, hər kəslə paylaşın. Mən nə sizdən, nə də öz dostlarımdan heç nə gizlətmirəm. 

Ya da sadəcə SUSUN!!!"

BAKU.WS

Oxşar xəbərlər

Könüllü gənclər müharibəyə başladı

Könüllü gənclər müharibəyə başladı

Könüllülərdən ibarət bir qrup gənc son günlər cəbhədə baş verən hadisələrlə bağlı dünya mətbuatında yer alan yanlış məlumatların qarşısını almaq üçün maraqlı bi...

1961 Siyasət 21:52 07 aprel 2016

Son xəbərlər