Azərbaycanlı jurnalist Kəbədə olanları izləyib (FOTO)
Məkkədə baş verən dəhşətli hadisəni azərbaycanlı jurnalist də izləyib. BAKU.WS-in məlumatına görə, APA TV-nin əməkdaşı Jalə Məmmədli hadisə ilə bağlı Facebook səhifəsində qeyd edib: "Biz qrupda 6 nəfər idik. İki tunisli, misirli, iordaniyalı və çadlı. İçəri yenicə girmişdik, güclü yağış başladı, ildirım çaxdı. Tunisli kişi dedi ki, gözləyin ürəyim sıxıldı. İki dəqiqə çəkildik qırağa. O nə gurultu idi, hələ də anlamıram. Birdə onu gördüm ki, yer qandır. Hazırda salamatçılıqdır. Çadlı ilə iordaniyalı yoxa çıxmışdı, onları axtarırdıq, həm də yol bağlı idi". Xatırladaq ki, dünən Kəbədə ildırım düşməsi nəticəsində qaldırıcı kran aşaraq yaxınlıqdakı tikilinin divarını uçurub. Məkkə Mülki Müdafiə komissiyasının sosial şəbəkədəki səhifəsində bildirilir ki, ölənlərin sayı 100-ü ötüb. Həmçinin bildirilir ki, yaralıların sayı 240-dır. Əmirlik rəsmiləri bildirirlər ki, xəsarət alanlara lazımı yardımlar göstərilir. Bunun üçün Səudiyyə Ərəbistanı qurumları gücləndirilmiş iş rejimində çalışırlar.Zərərçəkənlər arasında azərbaycanlı olmayıb. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Kəbədə ölən və yaralananlar arasında azərbaycanlılar yoxdur (RƏSMİ)
Məkkə şəhərində Məscidi Həramda baş vermiş faciədə ölən və yaralılar arasında azərbaycanlı zəvvarlar olmayıb. Bu barədə BAKU.WS-ə Qafqaz Müsəlmanları İdarəsini...