Sərxan Kərəmoğlu qəbirstanlıqda selfi qalmaqalından danışdı (FOTO)
Son günlər qəbirstanlıqda selfi çəkdirib onu Facebook səhifəsində paylaşmazla gündəmdə olan aktyor - rejissor, aparıcı Sərxan Kərəmoğlu yaranmış söz-söhbətlərə aydınlıq gətirib. BAKU.WS-in məlumatına görə, Sərxan Kərəmoğlu elə Facebook səhifəsində bu məslə ilə bağlı açıqlama yazıb. O, açıqlamasında görüntünün film çəkilişi zamanı qeydə alındığını bildirib. "Çox dəyərli dostlarım! Hazırda Azərbaycanda olmadığım üçün mənimlə əlaqə saxlaya bilməyən KİV nümayəndələri! Bu şəkil "Gülüm" serialının çəkilişi zamanı lentə alınıb və fonda gördükləriniz aktyorlar, kütləvi səhnə adamlarıdır. Qəbir isə ekran işində səhnələrin birində rəhmətə gedən qəhrəmanın məzarıdır. O da yalançı məzardır: içində nə ölü, nə də diri əzabı var. Barmaqlarına güc verən sosial şəbəkə qəhrəmanlarına isə sözüm odur ki, mən sizin kimi dar düşüncəli deyiləm, qəbiristanlıqda selfi edəm. Bu şəkil filmdə olan çəkiliş zamanı lentə alınıb, birdən narahat olarsınız, olmayın!". Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bakının bazarında qadının da iştirak etdiyi kütləvi dava (VİDEO)
Bakıda tikinti materialları satıldığı bazarda kütləvi dava olub. BAKU.WS-in ANS TV-yə istinadən verdiyi məlumata görə, dava Ziya Bünyadov prospekti, Dərnəgül y...