Rusiya 33 ton pomidoru Azərbaycana qaytardı
20
okt
2017
22:00
Rusiyanın Dağıstan Respublikası üzrə Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İdarəsi Azərbaycandan gətirilən 33 ton pomidorun ölkəyə girişinə icazə verməyib. Virtualaz.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin məlumatında deyilir.Mənbəyə görə, məhsulun saxlanılmasına səbəb fitosanitar sertifikatda məlumatın tam dolğun olmamasıdır.“Yükün sahibi “Bitkilərin karantini haqqında” Federal Qanunu pozub və buna görə də, cərimə şəklində inzibati cəza tətbiq edilib. Bütün idxal edilən məhsul geriyə - ixracatçı ölkəyə qaytarılıb”, - idarədən bildirilib.BAKU.WS
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana gözlənilməz zərbə - 16 min ton pomidor geri qaytarıldı
Rusiyada 16,193 ton Azərbaycan pomidoru satışından yığışdırılıb. BAKU.WS virtualaz.org istinadən bildirir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti Feder...