Gürcüstandan idxal olunan şaftalıda zərərverici tapıldı
05
iyl
2016
18:57
İyulun 5-də Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.
Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi, ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır.
Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.
BAKU.WS
Oxşar xəbərlər
Hollandiyadan Azərbaycana gələn meyvədə xəstəlik tapıldı
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1150 kiloqram Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğu...