Rusiyada neft emalı zavodu yanır - YENİLƏNİB

Rusiyada neft emalı zavodu yanır - YENİLƏNİB
Siyasət 3

Ryazan vilayətində neft emalı zavodunda baş verən yanğından sonra iki nəfər xəstəxanaya çatdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-a Ryazan təcili tibbi yardım xəstəxanasının təcili yardım şöbəsindən məlumat verilib:

“İki qurban xəstəxanaya çatdırılıb, vəziyyətləri orta ağırdır və onlar travmatologiya şöbəsinə yerləşdiriliblər".

***09:03

Rusiyanın Ryazan vilayətində neft emalı zavodunun ərazisində yanğın baş verib və hazırda söndürülür.

BAKU.WS xəbər verir ki, bu barədə TASS-a yerli Fövqəladə Hallar xidmətindən məlumat verilib.

“Yanğının ehtimal olunan səbəbi pilotsuz təyyarənin düşməsidir", - məlumatda bildirilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.

Son xəbərlər