Rusiyada ağır yol-nəqliyyat hadisəsi: Beş nəfər öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Murmansk vilayətində sərnişin mikroavtobusu və yük avtomobilinin iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsində 5 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin vilayət üzrə idarəsinin mətbuat xidməti jurnalistlərə bildirib.
Məlumata görə, hadisə nəticəsində mikroavtobusun 4 sərnişini aldıqları xəsarətlərdən təcili tibbi yardım gələnə qədər olay yerində ölüblər.
Daha sonra aldıqları xəsarətlərdən daha bir sərnişin (1953-cü il təvəllüdlü kişi) "Peçenqa Mərkəzi Rayon Xəstəxanası"nın reanimasiya şöbəsində keçinib.
Oxşar xəbərlər
Qəza yerində Priqojinin cəsədi müəyyən edildi: Əsas versiya üzə çıxdı - YENİLƏNİB + VİDEO
Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərin...