Rusiya öz "Coca-Cola"sını yaratdı - "Kоmi Kola" - VİDEO

Rusiyada "Coca-Cola"nın yerli versiyası yaradılıb.
BAKU.WS xəbər verir ki, qonşu ölkənin bazarlarında artıq satışa çıxarılan məhsul Komi Respublikasında istehsal edildiyindən ona "Komi Kola" adı verilib. Yerli içki “Coca-Cola” şirkətinin Rusiya bazarlarından geri çəkilməsinə cavab olaraq ərsəyə gətirilib.
Bu haqda Komi Republikasının rəsmi Teleqram səhifəsində məlumat verilib.
“Komi Respublikasının öz kolası var. Yerli məhsula tələbat hər gün dayanmadan artır”, – deyə səhifədə qeyd edilib. Bildirilib ki, sakinlər yeni içkini Arxangelsk vilayətindəki mağaza rəflərində də tapa biləcəklər.
Ukraynadakı münaqişə uzanarsa, qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra “Coca-Cola” şirkəti bu və ya digər məqamda Rusiyadakı biznesini tamamilə ixtisar edəcəyini açıqlamışdı.
Xatırladaq ki, Rusiya xarici brendin yerli versiyasını ilk dəfə yaratmır. Bundan əvvəl mart ayında qonşu ölkədə "Dyadya Vanya" adlı yeni ticarət nişanı qeydiyyata alıb. Yeni ticarət nişanının loqotipi McDonald's restoranlar şəbəkəsinin loqotipinə olduqca oxşardır. "Dyadya Vanya" yeməklərin hazırlanması və evə çatdırılması ilə əlaqəli olan yeni ticarət nişanıdır.
Dünyaca məşhur McDonald's restoranlar şəbəkəsi də Ukraynadakı böhrandan dolayı Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
