Rusiya azərbaycanlıları çeçenlərlə baş vermiş təxribatla bağlı bəyanat yayıblar
16
fev
2019
17:15
Rusiyada Azərbaycan diaspor təşkilatları son günlər Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş təxribatla bağlı bəyanat yayıblar.Diasporla İş üzrə Dövlət Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır: “Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq” - bəyanatda bildirilir.Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub.BAKU.WS
Oxşar xəbərlər
Çeçenistan və Azərbaycan dövləti razılığa gəldi - Davanın səbəbkarları axtarılır - VİDEO
Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident hər iki dövlətin rəsmilərini narahat edib. Azərbaycan Res...