Rumıniya-Serbiya Qaz İnterkonnektorunun tikintisinə dair memorandum imzalanıb
Rumıniyanın energetika naziri Sebastyan Burduja və Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Dedoviç-Handanoviç iki ölkə arasında qaz interkonnektorunun tikintisi layihəsi haqqında Anlaşma Memorandumu imzalayıblar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Energetika Nazirliyi məlumat yayıb.
Layihə Serbiyanın Mokrin kəndi yaxınlığında yerləşən texnoloji qovşağın Rumıniyadakı BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) qaz kəməri ilə birləşdirilməsini nəzərdə tutur.
Rumıniya və Serbiya gələn il interkonnektorun tikintisinə başlamağı və 2028-ci ilə qədər başa çatdırmağı planlaşdırır.
“Layihə təchizat marşrutlarının şaxələndirilməsi yolu ilə hər iki ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və regional bazar inteqrasiyasında irəliyə doğru mühüm addımdır”, - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Bolqarıstan Avstriya ilə Şengen mövzusunda razılığa gəlib
Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması üçün Avstriya ilə prinsipial razılıq əldə olunub. “Report” xəbər verir ki, bu barədə Bolqarıstanın Baş n...