Belqradda nə baş verir? - Vuçiç xalqa müraciət edib - VİDEO

Belqradda nə baş verir? - Vuçiç xalqa müraciət edib - VİDEO
Video
Siyasət 2

"Belqradda müxalifətin etirazları heç bir nəticə verməyəcək, çünki ölkədə hakimiyyət yalnız seçkilər vasitəsilə dəyişir".

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç bildirib.

Prezidentin çıxışından sonra “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları seçki komissiyası qarşısında nümayişə başlayıblar.

Onlar özləri ilə Serbiya və Avropa İttifaqının bayraqlarını gətirib, hökumət əleyhinə şüarlar səsləndirib, administrasiyanın binasına daş atıb və ora basqın etməyə cəhd ediblər. Aksiyalar zamanı iki polis əməkdaşı yaralanıb.

Müxalifət tərəfdarları hakim partiyanın rəhbərlik etdiyi koalisiyanın şəhər məclisi seçkilərində qalib gəlməsinə etiraz edib.

Dünən gecədən indiyə kimi nə baş verib?

  • Dekabrın 24-ü axşam saatlarında etirazçılar şəhərin mərkəzi küçəsi Kralja Milanı bağlayıblar. Respublika Seçki Komissiyasının binası ilə Serbiya prezidentinin iqamətgahı arasında səhnə qurulub.
  • Mindən çox etirazçı administrasiyanın əsas girişinə gedərək təhlükəsizlik qüvvələrinin qapıları açmasını tələb edib
  • Etirazçılar binaya basqın etməyə cəhd ediblər.
  • Etirazçılar binanı saxlayan polisin qalxanlarına və dəbilqələrinə zərbələr endirməyə başlayıblar. Polis onlara qarşı gözyaçardıcı qazdan istifadə edib.
  • Gecə yarısına yaxın polis nümayişçiləri dağıdıb. İki təcili yardım gəlib
  • Hadisə yerinə Serbiyanın Daxili İşlər naziri Bratislav Qasiç də gəlib.
  • Vuçiç isə bildirib ki, 35-dən çox etirazçı saxlanılıb.
  • O əlavə edib ki, etirazlar nəticəsində iki polis əməkdaşı ağır yaralanıb.

Hakimiyyətin reaksiyası

  • Etirazın başlamasından az sonra Vuçiç xalqa təcili müraciət elan edib. Müraciət zamanı o, Belqrad administrasiyasını ələ keçirmək cəhdinin inqilab olmadığını, hüquq-mühafizə orqanlarının vəziyyətə tam nəzarət etdiyini bildirib.
  • Vuçiç Serbiyanın iğtişaşların hazırlanması barədə xarici xüsusi xidmət orqanlarından əvvəlcədən xəbər tutduğunu vurğulayıb və administrasiyanı ələ keçirmək cəhdini ölkənin suverenliyinə hücum adlandırıb.
  • Serbiya prezidenti Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
  • O, şəhərdəki iğtişaşlarla bağlı Rusiya səfiri Aleksandr Botsan-Xarçenko ilə də görüşəcəyini bildirib.
  • Serbiyanın baş naziri Ana Brnabiç deyib ki, Moskva potensial etirazlarla bağlı Belqradı xəbərdar edib.
  • Belqrad meri Aleksandar Sapiç şəhərdəki iğtişaşları “Maydanlaşma” adlandırıb.

Son xəbərlər