Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım

Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım
Siyasət 11656
"Atlas" araşdırmalar mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələrinin Abxaziyada olmasına münasibət bildirib. BAKU.WS politoloqun şərhini təqdim edir: Rusiya Xarici İşlər Nazirliyi son açıqlamasıyla Azərbaycanın ərazi bütövlüyünə olan münasibətini ortaya qoyub. Deməli, bir müddət əvvəl Abxaziyanın “prezidenti” Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Separatçıların birgə nə müzakirə etdikləri məsələnin başqa tərəfidir. Hələlik görüşün özü haqqında danışaq. Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev haqlı olaraq bu görüşü regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirib. Buna cavab olaraq da Rusiya XİN-nin məlumatında uzun cümlə yer alıb: “Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən “üz-üzə” gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb”.Bu açıqlama ilə demək istəyirlər ki, Rusiya rəsmilərinin Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə “təsadüfən üz-üzə” gəlmələrində heç bir qəbahət yoxdur. Birinci, bu “təsadüf” deyil, Rusiya XİN-nin diplomatı separatçılarla görüşə bilərəkdən qatılıb. İkincisi, Abxaziyada separatçıların toplaşması da Moskvanın təlimatıyla həyata keçirilib. Bunu Abxaziya özbaşına edə bilməzdi, çünki bu bölgə tamamən Rusiyanın nəzarəti altındadır.Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlandıran cənabların da məsələyə münasibətini öyrənmək maraqlı olardı.BAKU.WS

Son xəbərlər