Rəsmi Bakıdan milyonçu "poker kralı"nın Qarabağa səfərinə REAKSİYA
29
avq
2018
10:29
"Göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır".Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfərinə münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur."Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı", - deyə H.Hacıyev əlavə edib.BAKU.WS
Oxşar xəbərlər
Hikmət Hacıyev: Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir
Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir.Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri H...