Rostovdan Moskvaya uzanan avtomobil yolunda hərbi texnika yerləşdirilib

Rostovdan Moskvaya uzanan avtomobil yolunda hərbi texnika yerləşdirilib
Siyasət 102

Moskvanın girişində Rostova uzanan M-4 avtomobil yolunda hərbi texnika yerləşdirilib, beton maneələr quraşdırılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, hərbçilər və polis Rusiya paytaxtına gedən avtomobillərə baxış keçirir.

Daha əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin şəhərə giriş-çıxış üçün hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatları təkzib etmişdi. Onun sözlərinə görə, yoxlamaların həyata keçirilməsi üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəqliyyatın hərəkətində çətinliklər yarana bilər.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. O, Rostov və Voronejdə bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb.

Mümkün terror aktlarının qarşısının alınması məqsədilə Moskva şəhərində, Voronej və Moskva vilayəti ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Son xəbərlər