"Reuters": "Vaqner"çilər Voronejdə bütün hərbi obyektləri nəzarətə götürüb
Rusiyanın "Vaqner" hərbi dəstəsi Voronejdəki bütün hərbi obyektləri nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyi məlumatı təsdiqləməyib.
"Vaqner"çilərin buna qədər Rostovda vəziyyəti ələ alması barədə görüntülər yayılıb.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb
Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.
Oxşar xəbərlər
Moskva çayında da nəqliyyatın hərəkəti müvəqqəti dayandırıldı - YENİLƏNİB - 1
Moskva çayında nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb. ***10:22 Tula, Moskva və Lipetsk vilay...