Moskva çayında da nəqliyyatın hərəkəti müvəqqəti dayandırıldı - YENİLƏNİB - 1

Moskva çayında da nəqliyyatın hərəkəti müvəqqəti dayandırıldı - YENİLƏNİB - 1
Siyasət 241

Moskva çayında nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***10:22

Tula, Moskva və Lipetsk vilayətlərindən tranzit gediş-gəliş müvəqqəti olaraq məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***10:17

Moskva və Moskva vilayəti ərazisində, həmçinin Voronej vilayətində mümkün terror aktlarının qarşısının alınması məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, ötən gün Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.

Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.

Son xəbərlər