Moskvada antiterror tədbirləri həyata keçirilir
“Moskvada antiterror tədbirləri həyata keçirilir, yollarda əlavə nəzarət tətbiq edilib”.
BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Daxil olan məlumatlara əsasən Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət mümkündür. Xahiş edirəm qəbul edilmiş tədbirlərə anlayışla yanaşın”, - deyə şəhər meri Sergey Sobyanin bildirib.
Xatırladaq ki, ötən gün Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.
Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.
Oxşar xəbərlər
Priqojin müdafiə nazirinin müavininə Rostovu nə üçün ələ keçirdiyini açıqladı - VİDEO
Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin ölkənin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla danışıb. BAKU.WS xəbər verir ki, Priq...