Priqojin müdafiə nazirinin müavininə Rostovu nə üçün ələ keçirdiyini açıqladı - VİDEO

Priqojin müdafiə nazirinin müavininə Rostovu nə üçün ələ keçirdiyini açıqladı - VİDEO
Video
Siyasət 895

Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin ölkənin müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla danışıb.

BAKU.WS xəbər verir ki, Priqojin tələblərinin yerinə yetirilmədiyi təqdirdə “Vaqner”in Rostovu tərk etməyəcəyini və lazım gələrsə Moskvaya kimi gedəcəyini bildirib.

Yevgeni Priqojin Cənub Hərbi Dairəsinin qərargahında Yunus-Bek Yevkurovla görüşüb. Rusiyalı hərbçilər "Vaqner" dəstələrinə müqavimət göstərməyiblər.

Yevgeni Priqojinin əsas tələbləri arasında Rusiyanın Müdafiə naziri və Baş Qərargah rəisinin cəzalandırılmasıdır.

Son xəbərlər