Moskva və Voronej vilayətlərində bütün kütləvi tədbirlər ləğv edilib - YENİLƏNİB
Moskvada bütün kütləvi tədbirlər ləğv edilib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Sergey Sobyanin bildirib.
***10:45
Voronej vilayətində bütün kütləvi tədbirlər ləğv edilib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru bildirib.
Xatırladaq ki, ötən gün Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bunu Rusiyanın “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bildirib.
Rusiya Müdafiə Nazirliyi Priqojinin bəyanatını təkzib edərək qeyd edib ki, döyüşçülərin arxa düşərgələrinə zərbə endirilməsi barədə məlumat təxribat xarakterli informasiyadır və reallığı özündə əks etdirmir.
Oxşar xəbərlər
Moskva çayında da nəqliyyatın hərəkəti müvəqqəti dayandırıldı - YENİLƏNİB - 1
Moskva çayında nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb. ***10:22 Tula, Moskva və Lipetsk vilay...