İranda güclü zəlzələ insanları qorxuya saldı - ANBAAN VİDEO

İranda güclü zəlzələ insanları qorxuya saldı - ANBAAN VİDEO
Foto Video
Siyasət 468

İranın cənubunda səhər saatlarında 6,3 bal və 6,4 bal gücündə iki zəlzələ baş verib.

BAKU.WS "Tasnimnews"a istinadən xəbər verir ki, zəlzələnin episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsi olub.

Açıqlanan son rəsmi rəqəmlərə görə, təbii fəlakət zamanı 80 nəfər xəsarət alıb. Bundan əlavə, bir çox evlərə və obyektlərə ziyan dəyib.

Qeyri-rəsmi məlumatlara görə, İranda zəlzələ zamanı iki nəfər həyatını itirib.

İranın vitse-prezidenti Məhəmməd Moxbər Hörmüzqan vilayətinə gedərək zəlzələdən əziyyət çəkənlərə baş çəkib və onlara yardım edilməsi ilə bağlı tapşırıqlar verib.

Son xəbərlər