İranda güclü zəlzələ - Ölən və yaralananlar var
08
may
2020
11:02
İranın paytaxtı Tehranda gecə saatlarında 5,1 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, episentri Dəmavənd qəsəbəsində olan zəlzələ ocağı yerin 7 km dərinliyində yerləşib.
Dəmavəndə Səhiyyə Mərkəzinin rəhbəri Həsən Xeyirxah bildirib ki, zəlzələ zamanı dağıntı olmayıb. Lakin insanlar təlaşla çölə çıxarkən 60 yaşlı bir nəfər divara çırpılıb və beyin sarsıntısı keçirərək ölüb. Bundan başqa 11 nəfər də xəsarət alıb.
Məlumata görə, güclü zəlzələdən sonra 3-4 bal aralığında 4 zəlzələ də baş verib.
Oxşar xəbərlər
Koronavirusa hansı ölkədə nə qədər insan yoluxub? - SİYAHI
Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 78 min 190, bu virus səbəbindən ölənlər isə 2 min 718 nəfərə çatıb. BAKU.WS xəbər verir ki, bu barədə...