Albaniyada ardıcıl iki dağıdıcı zəlzələ - Ölən və çoxlu sayda yaralı var - FOTO

Albaniyada ardıcıl iki dağıdıcı zəlzələ - Ölən və çoxlu sayda yaralı var - FOTO
Foto
Siyasət 606

Albaniyanın liman şəhəri Durresdə Bakı vaxtı 06:54-də 6,4 bal gücündə zəlzələ baş verib.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, güclü zəlzələ bir çox yerdə dağıntılara səbəb olub.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 150-yə yaxın insan isə xəsarət alıb.

Zəlzələ o qədər şiddətli olub ki, Albaniyanın digər şəhərləri ilə yanaşı Şimali Makedoniya, Kosova və Monteneqroda da hiss edilib.

Bu zəlzələnin ardınca 5,3 və 5,1 bal gücündə avtoşoklar qeydə alınıb. Ölkənin Adriatik dənizi sahillərində isə gücü 6,3 bal olan daha bir şiddətli zəlzələ baş verib.

Fəlakət səbəbindən Albaniyada internet və mobil rabitədə problemlər yaranıb. Dərslər isə müvəqqəti olaraq dayandırılıb.

Qeyd edək ki, Albaniyada 21 sentyabrda baş vermiş 5,8 bal gücündəki zəlzələ nəticəsində 132 nəfər ölmüş, 600-dən binada uçqunlar olmuşdu.

Oxşar xəbərlər

İranda zəlzələ: 1 ölü, 2 yaralı

İranda zəlzələ: 1 ölü, 2 yaralı

İranın cənub-şərqində baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.BAKU.WS xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətində İran...

1157 Siyasət 22:50 07 sentyabr 2018

Son xəbərlər