Ramil Usubovdan yeni rəis müavini təyinatı

Ramil Usubovdan yeni rəis müavini təyinatı
Siyasət 1966
Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.Binəqədi Rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini vəzifəsinə polis polkovnik-leytenantı Vəfalı Həsənəliyev təyinat alıb.O, yeni təyinatadək Nəsimi rayon Polis İdarəsində Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışıb. Vəfalı Həsənəliyev cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunması sahəsində fərqləndiyinə görə 2015-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Qeyd edək ki, bundan əvvəl bu vəzifəni Emin Həsənov yerinə yetirib. O, Baş Narkotiklərlə Mübarizə İdarəsinə şöbə rəisi təyin edilib.BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubovdan yeni TƏYİNAT

Ramil Usubovdan yeni TƏYİNAT

Daxili İşlər naziri Ramil Usubov rəis müavininin yerini dəyişib.BAKU.WS unikal.org-a əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Xəzə...

1520 Siyasət 11:22 11 fevral 2019

Son xəbərlər